Ermənistan millisinin keçmiş qapıçısı Rusiyada polisi və sürücünü öldürüb

Ermənistan milli futbol komandasının keçmiş qapıçısı Armen Fişyan Rusiya yol polisi əməkdaşını və onun yolda dayandırdığı sürücünü avtomobillə vuraraq öldürüb.

Qəza martın 23-də Rusiyanın Stavropol diyarında baş verib.

Armen Fişyan öz yolsuzluq avtomobili ilə Mineralnıye Vodıya yol alıb. “Qafqaz” avtomobil yolunun 284-cü kilometrliyinə çatanda o, polis leytenantını və onun cərimə yazmaq üçün saxladığı sürücünü vurub. Nəticədə onların hər ikisi həlak olub. Qəzadan dərhal sonra Fişyan hadisə yerini tərk edib. Onun ələ keçirilməsi ilə bağlı plan hazırlanıb və A.Fişyan tutulub.

Yerli medianın yazdığına görə, saxlanılan zaman A.Fişyan heç kəsi vurmadığını iddia etsə də, avtomobildəki qanın haradan peyda olduğunu izah edə bilməyib. Ona qarşı cinayət işi açılıb, indi keçmiş qapıçını 15 ilə qədər həbs cəzası gözləyir.

Armen Fişyan Ermənistanın gənclərdən ibarət futbol yığmalarının keçmiş qapıçısıdır. O, peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra A.Fişyan mini-futbol klublarında çıxış edib.

Əvvəlki məqalə

“Diplomatik obyektə hücumu dəstəkləmirik” –

Sonrakı məqalə

“Ukrayna ərazisində ABŞ qoşunları olmayacaq” –