Ukrayna əsir götürülən 5 vətəndaşını azad edib

Ukrayna rus əsgərləri tərəfindən əsir götürülən 5 vətəndaşını azad edib.

Bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bu gün “5-ə 5” düsturuna əsasən, növbəti mübadilə həyata keçirilib. 5 Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı mülki şəxslərdir”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, bundan öncə iyunun 10-da “5-ə 4” düsturuna əsasən, Rusiya ilə məhbus mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Bayden bu dəfə velosipeddən yıxıldı

Sonrakı məqalə

Sezen Aksu “Disney”in siması seçilib