Bayden bu dəfə velosipeddən yıxıldı-VİDEO

ABŞ Prezidenti Co Bayden velosipeddən yıxılıb.

ABŞ mətbuatının xəbərinə görə, 79 yaşlı Prezident Rehoboth çimərliyi yaxınlığındakı evinə velosipedi ilə qayıtmağa çalışarkən yıxılıb.

Məxfi xidmətin əməkdaşları dərhal Prezidentə qalxması üçün yardım ediblər.

Bayden reportyorlara yaxşı olduğunu, dayanmağa çalışarkən velosipeddən yıxıldığını bildirib.

Əvvəlki məqalə

“Ukraynada müharibə illərlə çəkə bilər” –

Sonrakı məqalə

Ukrayna əsir götürülən 5 vətəndaşını azad edib