Ukrayna Almaniya hökumətindən Moskvanı vura bilən “Taurus” uzaqmənzilli raketləri verməyi xahiş edib.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Almaniya Müdafiə Nazirliyinə istinadən yazır.
Nazirlikdən sorğunun bu yaxınlarda alındığına aydınlıq gətirilsə də, təfərrüatları açıqlamaqdan imtina ediblər.
“Taurus” qanadlı raketinin uçuş məsafəsi 500 km-dir. Eyni zamanda, Moskva Ukrayna ilə sərhəddən 450 km aralıda yerləşir.
Almaniya kansleri Olaf Şolts dəfələrlə Ukrayna Silahlı Qüvvələrinə xəbərdarlıq edib ki, onlar Rusiya ərazisini atəşə tutmaq üçün Berlindən verilən silahlardan istifadə etməməlidirlər.
Azpost.info