“Ukrayna bəzi istiqamətlər üzrə hücuma keçir”- RƏSMİ AÇIQLAMA

Ukrayna bəzi istiqamətlər üzrə hücuma keçir.

Azpost.info xəbər ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında yazıb.

Malyar hansı istiqamətlərdən danışdığını və əməliyyata neçə hərbçinin cəlb olunduğunu açıqlamayıb. Lakin hərbi əməliyyatların episentri olaraq Baxmutun adını çəkib.

“Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi əhatə edir. Ona görə də bəzi ərazilərdə hücum əməliyyatlarına keçirik”, – Malyar qeyd edib.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak isə “Tviter”də yazıb ki, hələlik genişmiqyaslı hücum yoxdur.

Azpost.info

Əvvəlki məqalə

“Prava”sı olmayan, narkotikin təsiri altında maşın sürənlər 800 manat cərimələnəcək

Sonrakı məqalə

Birtərəfli hərəkət yollarında əksinə hərəkətə görə cərimə artırılır