Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna Baxmut istiqamətində irəliləyib

User 05 İyun 2023 - 17:07 (Last updated: 21 May 2025 - 20:15)
TASS_59521483

“Ukrayna Silahlı Qüvvələri əks-hücum zamanı Baxmut yaxınlığında işğal olunmuş ərazilərin bir hissəsini geri alıb”.

Azpost.info xəbər verir ki, bunu “Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya müdafiə naziri Sergey Şoyqu Berxovka qəsəbəsini qorumaq üçün qoşunları yenidən qruplaşdıraraq Berxovka su anbarı boyunca yerləşdiriblər.

“Çünki bu, çox sərfəli mövqedir. İndi Berxovka qəsəbəsinin bir hissəsi artıq itirilib. Rusvayçılıq!”, – Priqojin bildirib.

Priqojin Gerasimov və Şoyqunu ordunu irəli aparmaq üçün cəbhəyə gəlməyə çağırıb. “Buyurun, edə bilərsiniz! Əgər bacarmasanız, qəhrəman kimi ölün,” – o deyib.

Rusiya qoşunları Berxovkadan may ayında geri çəkilmişdi. Sonra Rusiya Müdafiə Nazirliyi bunu Berxovskoye su anbarının əlverişli şəraitini nəzərə alaraq daha sərfəli sərhədləri ələ keçirmək üçün yenidən qruplaşma ilə izah etdi. Priqojin bunu yalan adlandıraraq, Müdafiə Nazirliyinin bölmələrini cinahlardan qaçmaqda ittiham etdi.

Onun sözlərinə görə, “Vaqner”in onları tutması yeddi ay çəkmişdi. Üstəlik, bu mövqelərin qaytarılması ilə Ukrayna Silahlı Qüvvələri Baxmutu mühasirəyə almaq fürsəti tapıblar.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna Silahlı Qüvvələrinin Baxmut şəhərinin cənub-qərb ətrafına nəzarət etdiyini təsdiqləyib. “Baxmut şəhərində vəziyyət şərti olaraq sabitdir”, – o deyib.
dedi.

Malyarın sözlərinə görə, Rusiya ordusu Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çata bilməyib, tükənib və hücum edə bilmir.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəlilədiyini və Rusiya mövqelərinin məhv edildiyini açıqlayıb.

“Komsomolskaya Pravda”nın hərbi müxbiri Aleksandr Kotsun verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri Baxmutun cənub-qərbinə hücum edərək Soledara artilleriya zərbələri endirir.

Azpost.info

 

Post navigation

Previous: Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub
Next: Siyasi partiyaların nümayəndələri AŞPA həmməruzəçiləri ilə görüşüb

Oxşar xəbərlər

tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41

xƏBƏR

Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Kifayət qədər su içmək arterial təzyiqin normal səviyyədə saxlanmasına və hipertoniya riskinin azaldılmasına kömək edə bilər. Lakin...
Read more about Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir? aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.