Ukrayna “Bayraktar”ı sınaqdan keçirdi

Ukraynanın Nikolayev vilayətindəki “Şirokiy lan” poliqonunda taktiki hərbi təlimlər keçirilib.

“Armiyaİnform” saytı xəbər verir ki, təlimlərdə “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatlarından və “Javelin” tank əleyhinə raket komplekslərindən istifadə edilib.

Batalyon taktiki qruplarının hərbi qulluqçuları kiçik taktik qrupların hərəkətlərini, urbanizə edilmiş ərazidə hücum zamanı döyüş atışını, cəmlənmiş raket-aviasiya zərbələri endirilməsini və başqa taktiki elementləri nümayiş etdiriblər. Yüksək dəqiqlikli silahların, radioelektron mübarizə vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və başqa müasir silahların kompleks şəkildə tətbiqinə xüsusi diqqət yetirilib.

Təlimlərdə düşmən hədəflərinin məhv edilməsi üçün kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatlarından fəal istifadə edilib. “Bayraktar TB2” tipli pilotsuz uçuş aparatlarının praktiki olaraq hədəflərə zərbələr endirmədən tapşırığı yerinə yetirmək qabiliyyəti yoxlanılıb.

“Javelin” və “Stuqna” tipli tank əleyhinə raket komplekslərinin döyüş heyətləri döyüşdə effektiv imkanlarını nümayiş etdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağa dair üçtərəfli Bəyanatın icrası heç bir ciddi insident olmadan təmin edilir” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 3712 nəfər COVID-19-a yoluxub –