“Ukrayna bizim üçün ölüm-dirim məsələsidir” –PUTİN

RUSSIA, MOSCOW – FEBRUARY 14, 2024: Russia’s President Vladimir Putin gives an interview to journalist Pavel Zarubin. Alexander Kazakov/Russian Presid Россия. Москва. Президент РФ Владимир Путин во время интервью журналисту Павлу Зарубину. Александр Казаков/пресс-служба президента РФ/ТАСС

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə tarixlə bağlı dediyi hissəni rus düşüncəsini Qərbə çatdırmaq istəyi ilə izah edib.

Azpost.info bildirir ki, bu barədə Prezident  rus jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.

“Düşüncə gedişatımızı başa düşmək vacibdir. Vəziyyətimizi, Ukrayna istiqamətində baş verən hər şeyin ölkə üçün nə qədər həssas və vacib olduğunu anlamaq vacibdir.  Qərb üçün  bu, taktiki mövqelərini yaxşılaşmasıdır. Amma bizim üçün bu, taledir, ölüm-dirim məsələsidir. İstərdim ki, həmin müsahibəni dinləyən insanlar başa düşsünlər”-deyə  prezident jurnalistin Telegram kanalında yayımlanan videosunda bildirib.

Vladimir Putin etiraf edib ki, müsahibənin bu hissəsi Qərb dinləyiciləri üçün çətin başa düşülə bilər. Dövlət başçısı vurğulayıb ki, Karlsonla söhbətində o, Rus dövlətinin mənşəyi haqqında qədim norman nəzəriyyəsindən danışıb.

Taker Karlson fevralın 9-da Vladimir Putinlə müsahibəni dərc edib. Rusiya prezidenti müsahibəsində amerikalı jurnalistə Kiyev Rusunun, daha sonra isə mərkəzi Moskva olan vahid Rusiya dövlətinin necə yarandığını danışıb.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək