Ukrayna Rusiyanın Braynsk vilayətinin Klimovo kəndini kaset bombalarından atəşə tutub.
Azpost.info bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomoz məlumat verib.
Onun sözlərinə görə, bir neçə yaşayış evinə və yardımçı tikililərə ziyan dəyib, lakin xəsarət alan olmayıb.
“Ərazisinin tədqiqi davam edir. Hadisə yerində operativ və fövqəladə xidmətlər işləyir”, – Boqomaz Telegram-da yazıb.
İyul ayında ABŞ Ukraynaya kaset sursatları göndərmək barədə qərarını açıqlamışdı. Həmin ay Pentaqon bildirib ki, Kiyev onları artıq qəbul edib. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu dəfələrlə hədələyib ki, Rusiya buna cavab olaraq oxşar vasitələrdən istifadə edə bilər.
Avqust ayında Belqorod vilayətinin səlahiyyətliləri kəndin kasetli sursatlarla atəşə tutulmasını bildirmişdilər.
Azpost.info