Toyota yeni yolsuzluq avtomobili buraxıb –FOTO

“Toyota” şirkəti 2023-cü ilin oktyabrında yeni yolsuzluq avtomobilini təqdim edə bilər. Yeni maşın “Land Hooper” adı ilə patentləşdirilib. Qiymətinin təxminən Toyota RAV4 ilə eyni olacağı gözlənilir.

Azpost.info bildirir ki, “Toyota Land Hooper”ın uzunluğu təxminən 4,5 metr, hündürlüyü və eni isə təxminən 1,8 metr olacaq. Yolsuzluq avtomobilinin dizaynı kvadrat formasında olacaq. Dairəvi fənərlər və arxa qapıda ehtiyat təkər olacaq. Avtomobil üçün prototip kimi “Toyota Compact Cruiser EV” konseptindən istifadə edilib.

Buna baxmayaraq, “Land Hooper”in hibrid olub-olmayacağı hələ dəqiq deyil.

Təqdimat oktyabrın 28-də “Japan Mobility Show” çərçivəsində baş tutacaq.

Avtomobilin qiyməti bazardan asılıdır. Məsələn, ABŞ-da “Toyota RAV4” ilə eyni qiymətə – 27-28 min dollara olacaq.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Braynsk vilayətini kaset bombalarından atəşə tutub

Sonrakı məqalə

Bakıda gecə klubunda gənc qadın bıçaqlanıb