“Rusiya ilə danışıqlar aparmaq istəməyən Ukrayna Qərbin iradəsi ilə hərəkət edir”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya ukraynalı həmkarlarının verdiyi təkliflər əsasında vicdanla işləməyə hazır idi, lakin Ukrayna bunu istəmədi: “Ukrayna danışıqlar aparmaq istəmir. Bundan imtina etdi. Bununla Qərb dünyasının iradəsini yerinə yetirdiyinə inanmaq üçün bütün əsaslarımız var”.
XİN rəhbəri qeyd edib ki, Kiyevin təklifləri əsasında yazılmış müqavilə layihəsi ilə bağlı ay yarımdır ki heç bir addım atılmır. Rusiya və Ukrayna nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü martın 29-da İstanbulda keçirilib.
Azpost.info