“Ukrayna danışıqları nə vaxt bərpa etməli olduğuna özü qərar verməlidir”- Şarl Mişel

“Ukrayna Rusiya ilə danışıqları nə vaxt bərpa etməli olduğuna özü qərar verməlidir”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

“Ukraynanın hansı şərtlərlə danışıqlar aparmalı, hansı güzəştlərə getməli olduğuna heç kim qərar verə bilməz. Ukrayna özü öz taleyinin sahibidir, onun danışıqlara nə vaxt başlamaqla bağlı suveren hüququ var”, – Şarl Mişel deyib.

O əlavə edib ki, Avropa da öz növbəsində Kiyevi maliyyə və silah təchizatında, həmçinin siyasi aspektlərdə güclü şəkildə dəstəkləyir.

Azpost.info

Əvvəlki məqalə

Kadırovun oğulları Ukraynadan hərbi əsirlər gətirdilər –

Sonrakı məqalə

“Yemək xərci üçün ayda 1200 manat pul olmalıdır, istirahəti unudun” –