Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Blaqodatnı və Makarovka yaşayış məntəqələrini işğaldan azad edib
Azpost.info bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirlir ki, Baxmut istiqamətində uğurlar əldə olunub.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz Telegram kanalında hücumun həyata keçirildiyi istiqamətlər barədə məlumat verərək Ukrayna qoşunlarının Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib.
“Berxovski su anbarı ərazisində uğur var. Biz 250 metr irəliləmişik”, – o deyib.
Bundan əlavə, Malyar bildirib ki, cənubda iki istiqamətdə 300-dən 1500 metrə qədər irəliləyiş var.
“Blaqodatnoye və Makarovka yaşayış məntəqələri işğaldan azad edilib”, – nazirliyin sözçüsü bildirib.
