Ukrayna “Hərb və sülh” romanını dərsliklərdən çıxarır

Ukrayna Təhsil Nazirliyi məşhur rus yazıçısı Lev Tolstoyun “Hərb və sülh” romanını, eləcə də rus qoşunlarını tərənnüm edən digər əsərlərin məktəb proqramından çıxarılması barədə qərar qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna təhsil nazirinin müavini Andrey Vitrenko məlumat verib. “Bütün bunlar xarici ədəbiyyatdan tamamilə çıxarılacaq. Məsələn, “Hərb və sülh” daha Ukraynada öyrənilməyəcək. Rus qoşunlarının oxuduğu hər şey xarici ədəbiyyat proqramından silinəcək”, – Vitrenko deyib.

Qeyd edək ki, Ukraynada rus ədəbiyyatı xarici dil kimi tədris olunur və Ukrayna dilinə tərcümədə öyrənilir.

Azpost.info

Əvvəlki məqalə

Oxutmuram, əl çəkin!

Sonrakı məqalə

Şoyqu əsir götürülən ukraynalı əsgərlərin sayını açıqladı