“Ukrayna ilə aramızdakı anlaşılmazlıqları aradan qaldırdıq” –Almaniya prezidenti

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfər etmək istədiyini, lakin belə bir səfərin hələlik planlaşdırılmadığını deyib.
Azpost.info xəbər verir ki, o, bu barədə Almaniyanın MDR telekanalına açıqlamasında bildirib.
Ştaynmayerin sözlərinə görə, o, Almaniya və Ukrayna arasında diplomatik anlaşılmazlıqların aradan qaldırılmasına sevinir. Buna Bundestaqın spikeri Berbel Başın və xarici işlər naziri Annalena Berbokun səfərləri, eləcə də Almaniyanın Ukraynadakı səfirliyinin işinin bərpası şərait yaradıb.
“Bunlar Kiyevin aldığı siqnallardır. Ona görə də indi kimin və nə vaxt səfər edəcəyi barədə qərar verilməlidir. Artıq blokada yoxdur… Mənim yaxın müddətə konkret səyahət planlarım yoxdur. Amma güman edirəm ki, mən Zelenski ilə görüşəcəm”, – Ştaynmayer əlavə edib.
Azpost.info
Əvvəlki məqalə

Kim Çen In ilk dəfə tibbi maska ilə görünüb –

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva Şuşada, “Xarıbülbül” festivalında –