Almaniya kansleri Şolts 2022-ci ildə Rusiya ilə Ukrayna arasında danışıqların Boris Consona görə pozulması ilə bağlı məlumatları cəfəngiyyat adlandırıb. Böyük Britaniyanın keçmiş baş naziri də bunu təkzib edib.
Azpost.info-nun məlumatına görə, Almaniya kansleri Olaf Şolts “Sächsische Zeitung” qəzetinə müsahibəsində deyib ki, Rusiya və Ukraynanın 2022-ci ildə Türkiyədə aparılan danışıqlarda sülh müqaviləsi layihəsi üzərində razılığa gəldiyi barədə məlumatlar Rusiya təbliğatıdır.
“İddia olunur ki, Rusiya ilə Ukrayna arasında hazır sülh müqaviləsi var idi. Lakin bunun qarşısını ya keçmiş Britaniya baş naziri Boris Conson, ya da Co Bayden alıb. Tam cəfəngiyyatdır!” – deyə kansler vurğulayıb.
Şoltsun sözlərinə görə, danışıqlar Rusiyanın qoşunlarını yenidən cəmləməsi və şərqdə hücuma keçməsi, eləcə də Kiyev vilayətində Buçada baş verən hadisələrə görə pozulub.
Rusiya hərbçiləri 2022-ci ilin fevralında genişmiqyaslı hərbi əməliyyatlar başlayandan qısa müddət sonra Buçanı işğal etdilər. bu zaman xeyli sayda dinc əhali öldürülüb.