Ukrayna İsrailin “Dəmir günbəz”ini almaq istəmədi –

gunbez01

“İsrailin “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sistemi Ukraynadakı strateji obyektləri qoruya bilməyəcək”.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
Ölkənin “Dəmir günbəz”i almaqda maraqlı olub-olmadığı barədə sualı cavablandıran Reznikov bildirib ki, “Rafael” şirkətinin bu sistemi Ukraynadakı strateji obyektlərin mühafizəsi məsələsini həll etməyəcək: ““Dəmir günbəz” aşağı sürətli və qısa mənzilli raketlərdən müdafiəni təmin edir. Bu müdafiə sistemi Ukrayna ərazisində atom elektrik stansiyalarını, aerodromları və digər strateji obyektləri qoruya bilməyəcək”.
O, həmçinin Ukraynanın raket əleyhinə müdafiə sistemlərinin inkişafının vacibliyini vurğulayıb.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir