Ukrayna kəşfiyyatının rəhbəri Budanovu da zəhərləyiblər?

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanova ağır metaldan zəhərlənmə diaqnozu qoyulmayıb.

Azpost.info xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrə istinadən xəbər verir.

Onun səhhətinin yaxşı olduğu qeyd edilir.

“Kəşfiyyat xidmətlərindəki iki mənbəyə görə, Budanovun zəhərlənməsi müəyyən edilməyib. Onun səhhəti yaxşıdır”, – məlumatda deyilir.

Budanovun həyat yoldaşı Marianna ağır metallarla zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib. Eyni zamanda, Ukrayna Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşının da oxşar maddələrlə zəhərləndiyi aşkarlanıb.

Azpost.info

Əvvəlki məqalə

“AbzasMedia” ilə əlaqədar ABŞ, Almaniya və Fransa diplomatları XİN-ə çağırılıb

Sonrakı məqalə

“Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyırıq”