Ukrayna Krımda strateji obyektə zərbə endirib –S-400 HHM sistemi məhv edilib /FOTO

Oktyabrın 30-a keçən gecə Ukrayna silahlı qüvvələri ilhaq edilmiş Krımın qərb sahilində strateji obyekti vurub.

Bu barədə məlumatı Ukrayna silahlı qüvvələrinin strateji komandanlığı yayıb.

Hücumun başqa təfərrüatları bildirilmir. Strateji komandanlıq habelə işğal olunmuş Luhansk rayonunda S-400 hava hücumundan müdafiə sisteminin məhv edildiyini xəbər verib.

Astra teleqram kanalının verdiyi məlumata görə Rusiya Müdafiə Nazirliyinin Tarxankut burnundakı Olyonovka kəndinin yaxınlığında yerləşən raket alayının 17 əsgəri yaralanıb. Bundan başqa 5 avtomobilə ziyan dəydiyi xəbər verilir.

Baza teleqram kanalının məlumatına görə Olyonovkadakı Rusiya bazasına zərbələr ATACMS raketi ilə endirilib.

“Krımski veter” teleqram kanalı bundan əvvəl, avqustun 23-də S-400 zenit-raket qurğusunun məhv edildiyini xəbər vermişdi.

O vaxt Ukrayna hərbiyyəsi zərbə nəticəsində hava hücumundan müdafiə qurğusu, onun silahları və şəxsi heyətinin məhv edildiyini bildirirdi.

Rusiya MN Olyonovkaya hücum barədə hələ ki, heç bir məlumat yaymayıb.

Azpost.info

Əvvəlki məqalə

“Araz Supermarket”in 3,7 milyon manat vergi borcu var –

Sonrakı məqalə

Türkiyədə zəlzələ olub