“Araz Supermarket”in 3,7 milyon manat vergi borcu var –FOTO

“Araz Supermarket” MMC-nin dövlət qarşısında böyük həcmdə vergi borcunun yarandığı məlum olub.

“APA-Economics” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu il oktyabrın 29-na supermaketlər şəbəkəsinin vergi borcu 3 milyon 761 min 722.12 manata çatıb.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 7 milyon 55 min manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.

Əvvəlki məqalə

Sumqayıtda silahlı basqında təqsirləndirilən şəxs elektron qolbaqda gəzirmiş

Sonrakı məqalə

Ukrayna Krımda strateji obyektə zərbə endirib –