“Ukrayna limanlarından 14 milyon tondan çox məhsul daşınıb”- Türkiyə Müdafiə Nazirliyi

“Taxıl sazişi” çərçivəsində dəniz humanitar dəhlizi boyunca Ukrayna limanlarından 14 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu günə qədər 556 gəmi yüklənmiş vəziyyətdə Ukrayna limanlarını tərk edib. İxrac olunan taxılın həcmi 14 milyon tonu ötüb”, – nazirlik “Tviter” səhifəsində yazıb.

Ukraynadan ərzaq ixracına dair sazişlər bu il iyulun 22-də İstanbulda 120 gün müddətinə imzalanıb. Onlardan biri ilkin olaraq noyabrın 19-dək qüvvədə olub və Kiyevin nəzarətində olan Odessa, Çornomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyib. Noyabrın 17-də sazişin müddəti daha 120 gün uzadılıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.