Rusiya Federasiyasının Ukraynaya qarşı bir neçə aydır davam edən müharibəsi nəticəsində 358 uşaq həlak olub, 684 uşaq yaralanıb.
bB barədə ölkənin Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
“2022-ci il iyulun 24-nə olan məlumata görə, Rusiyanın təcavüzü nəticəsində öldürülən uşaqların rəsmi sayı gün ərzində dəyişməyib – 358 nəfər, yaralananların sayı artıb – 684 nəfərdən çox”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzünün beş ayı ərzində Ukraynada 1 042 nəfərdən çox uşaq zərər çəkib. Ən çox Donetsk vilayətində – 361 nəfər, Xarkovda – 194 nəfər, Kiyevdə – 116 nəfər, Çerniqovda – 68 nəfər, Luqanskda – 61, Nikolayevdə – 54, Xersonda – 54, Zaporojyedə – 40 uşaq zərər çəkib.
Qeyd edilir ki, bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə dəqiqləşdirilməsi istiqamətində işlər görülür.