“Ukrayna münaqişəsi hələ uzun müddət davam edəcək”- ŞOLTS

“Rusiya ilə Ukrayna arasında hərbi münaqişə hələ uzun müddət davam edəcək”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

“Biz bunun uzun müddət davam edəcəyindən ehtiyat edirik. Baxmayaraq ki, gedişatın fərqli olmasını arzulayırıq”, – Şolts deyib.

Kanslerin sözlərinə görə, bu səbəbdən Almaniya silah-sursat istehsalını mütəmadi olaraq artırmalıdır.

Azpost.info

 

Əvvəlki məqalə

“Laçın yolunda şəffaflığın təmin olunması ideyası tam legitimdir”

Sonrakı məqalə

Bakıda azyaşlılar dalaşıb, bıçaqlanan var