“Ukrayna münaqişəsi neft və qaza tələbatı kəskin azaldacaq” - “Bloomberg”

Ukraynadakı hərbi münaqişə dünyada neft və qaza tələbatın kəskin azalmasına səbəb ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr BP-nin illik hesabatına istinadən yazır ki, ölkələr tədarükün etibarlılığını artırmaq və atmosferə atılan zərərli maddələri azaltmaq üçün öz enerji mənbələrinə üstünlük verməyə başlayıblar. Bu səbəbdən şirkət 2035-ci ilə qədər tələbatda güclü azalmanın olacağını gözləyir.

“Enerji təhlükəsizliyinə diqqətin artırılması enerji keçidini sürətləndirmək potensialına malikdir. Çünki ölkələr öz enerjilərinə çıxışı artırmağa çalışırlar. Bunun böyük hissəsi bərpa olunan mənbələrdən və digər yanacaqlardan gəlir”, – BP-nin baş iqtisadçısı Spenser Deyl deyib.

Şirkətin hesabatında karbon emissiyalarının azaldılması üçün üç mümkün ssenarinin olduğu qeyd edilib. Güman edilir ki, alternativ enerji mənbələrinə tələbat artdıqca enerji resurslarına tələbat azalacaq, eləcə də elektriklə işləyən nəqliyyat vasitələrinin sayı artacaq.

2050-ci ilə qədər qlobal neft tələbinin sutkada 73 milyon barel olacağı gözlənilir ki, bu da 2019-cu ildəkindən 25 faiz azdır. Şirkətin fikrincə, dünya ölkələri OPEK-ə arxalanacaq, çünki 2050-ci il üçün neft tədarükündə təşkilatların payı təxminən 45-65 faiz olacaq.

Azpost.info

Əvvəlki məqalə

“SOCAR Downstream Management”in direktoru dəyişib

Sonrakı məqalə

Şeyxülislam və dini icma rəhbərləri şəhid Orxan Əsgərovun yas mərasiminə gəlib