Şeyxülislam və dini icma rəhbərləri şəhid Orxan Əsgərovun yas mərasiminə gəlib

Azərbaycandakı dini konfessiya rəhbərləri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikoronov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili Şəhid Orxan Əsgərovun yaxınlarına başsağılı verib.

Dini rəhbərlər mərhumun ruhuna dualar oxuyublar, yaxınlarına başsağlığı veriblər.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Allah şəhidlərimizə rəhmət eləsin!
Əvvəlki məqalə

“Ukrayna münaqişəsi neft və qaza tələbatı kəskin azaldacaq” 

Sonrakı məqalə

Şuşa və Macarıstanın şəhəri arasında əməkdaşlıq memorandumu imzalanıb