“Ukrayna işğal olunub, müstəmləkəyə çevrilib”- Rusiya Dövlət Dumasının sədri

“Ukrayna tamhüquqlu dövlət kimi mövcud olmaq qabiliyyətini itirərək ABŞ-ın müstəmləkəsinə çevrilib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Ukrayna dövlət kimi mövcud olmaq qabiliyyətini itirib. Ukrayna NATO tərəfindən işğal olunub. Ölkə ABŞ-ın müstəmləkəsinə çevrilib. Kiyevə sifarişlər Vaşinqtondan verilir. Ukrayna Silahlı Qüvvələri Pentaqon tərəfindən idarə olunur”, – Volodin bildirib.

Duma sədri əlavə edib ki, Kiyev rejimi ukraynalılar qarşısında sosial öhdəlikləri müstəqil şəkildə yerinə yetirmək iqtidarında deyil: “Nə pul, nə də pensiya və maaşlar var. Ölkənin maliyyə sistemi dağılıb. 100 milyard dollardan çox borcun ödənilməsinə ehtiyac var”.

Azpost.info

Əvvəlki məqalə

İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib

Sonrakı məqalə

İsrail prezidenti ABŞ dövlət katibi ilə görüşüb