Ukrayna prezident ofisinin saytında ölkəyə nüvə dövləti statusunun qaytarılmasını tələb edən petisiya yayılıb.
Azpost.info xəbər verir ki, sənəddə vurğulanır ki, Kiyev nüvə silahına malik olmaya bilər, lakin ölkənin ondan istifadə etmək hüququ olmalıdır.
“Ukrayna nüvə silahına malik olmaq məcburiyyətində deyil. Lakin nüvə dövləti statusu alaraq öz nüvə statusunu bərpa etmək hüququna malikdir”, – sənəddə deyilir.
Martın 30-da qeydə alınan petisiyaya baxılması üçün 25 min səs lazımdır.
Petisiya müəllifləri Zelenskini ABŞ-ın nüvə silahlarını Ukrayna ərazisinə yerləşdirməyə və ya Kiyevin özünün nüvə silahına malik olmasını təmin etməyə çağırıblar.
SSRİ-nin dağılmasından sonra Ukrayna dünyanın üçüncü ən böyük nüvə arsenalını miras aldı. Lakin 1994-cü ildə Kiyev hakimiyyəti Budapeşt memorandumunu imzaladı və digər imzalayan ölkələrin Ukraynanın təhlükəsizliyini təmin etmək vədi müqabilində kütləvi qırğın silahları ehtiyatlarından imtina etdi.
Azpost.info