Azərbaycan nefti ucuzlaşıb- Qiymət

Martın 30-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 80,85 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,06 dollar bahalaşaraq 78,54 dollar təşkil edib.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,99 dollar bahalaşaraq 45,37 dollar olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin bir barelinin qiyməti martın 30-da dəyişməyib (78,03 dollar).

Əvvəlki məqalə

Azərbaycan Premyer Liqası:

Sonrakı məqalə

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir