Ukrayna Ordusu Xerson istiqamətində əks-hücuma keçib –Rusiyanın birinci müdafiə xətti yarılıb

Ukrayna hərbi qüvvələri Xerson istiqamətində əks-hücuma keçib.

Bu barədə “Kiyev Independent” məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna qüvvələri Xerson yaxınlığında Rusiyanın birinci müdafiə xəttini yarıblar.

“Əsas körpülərin əksəriyyəti yararsız hala salınaraq, müvəqqəti işğal altında olan Ukrayna bölgəsinə ağır Rusiya silahlarının çatdırılmasına imkan verilmir”.

Ukraynanın “Cənub” operativ komandanlığının rəsmisi Natalya Qumenyuk da məlumatı təsdiqləyib.

“Biz bir neçə istiqamətdə hücum əməliyyatlarına başlamışıq və rəqibin birinci müdafiə xəttini yarmışıq. Təbii ki, həmin istiqamətlərin adını çəkməyəcəyik”, o deyib. (APA)

Əvvəlki məqalə

“Azərbaycandan 1 milyon turist qeydə alınıb…70 faizi ziyarət üçün müraciət edir” –

Sonrakı məqalə

Laçın dəhlizinə alternativ yolun fəaliyyətə başlayacağı tarix açıqlanıb