Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna qaz hasilatının 60%-dən çoxunu itirib –

User 09 Oktyabr 2025 - 19:15 (Last updated: 09 Oktyabr 2025 - 17:40)
abs-ukrayna

Ukrayna 3 oktyabrda Xarkov və Poltava vilayətlərindəki enerji infrastrukturuna edilən zərbələrdən sonra qaz hasilat imkanlarının 60%-dən çoxunu itirib.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, əgər enerji infrastrukturu obyektlərinə hücumlar davam edərsə, Kiyev 2026-cı ilin mart ayının sonuna qədər təxminən 4,4 milyard kubmetr qaz idxal etməli olacaq. Bu həcm ölkənin illik enerji istehlakının 20%-nə bərabərdir.

“Bloomberg” qeyd edir ki, bu il Ukrayna artıq xarici təchizatçılardan təxminən 4,6 milyard kubmetr qaz alıb. Kiyevin hesablamalarına görə, ölkə ilin sonuna qədər 5,8 milyard kubmetr qaza ehtiyac duyacaq, lakin bu göstərici bir sıra amillərdən — xüsusən də enerji infrastrukturu obyektlərinin nə qədər tez bərpa olunacağından — asılı olaraq arta bilər.

3 oktyabr gecəsi Rusiya Ukraynanın müdafiə-sənaye kompleksi müəssisələrinə və onların fəaliyyətini təmin edən qaz-enerji infrastruktur obyektlərinə uzaqmənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı zərbələr endirib.

“Naftogaz” şirkəti bəyan edib ki, onun Poltava və Xarkov vilayətlərindəki qaz hasilatı infrastrukturu obyektlərinin əhəmiyyətli hissəsi 3 oktyabr gecəsi zərər görüb. Şirkətin açıqlamasına görə, bəzi zədələr kritik xarakter daşıyır. “Naftogaz”ın qiymətləndirməsinə əsasən, bu, fevral 2022-dən bəri qaz infrastrukturuna edilən ən güclü hücumlar olub.

AzPost.az

Post navigation

Previous: “Mərmər İnşaat” yarım ildə 608 min manat zərər edib
Next: İlham Əliyev MDB dövlət başçılarının şam yeməyində iştirak edib

Oxşar xəbərlər

zelenski
  • Dünya

“Donbası versək, Rusiya çoxlu sayda şəhərimizi ələ keçirə bilər” – ZELENSKİ

User 22 Oktyabr 2026 - 14:35
putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31

xƏBƏR

az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir...
Read more about Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib
Motosiklet, skuter və velosiped oğruları ələ keçdi Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06
Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL neft iran bazar02
  • İqtisadiyyat

Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL

User 22 Oktyabr 2026 - 15:04
ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib ADSEA
  • Sosial

ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib

User 22 Oktyabr 2026 - 14:51
Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq? elektrik xetti
  • Baş Yazı

Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq?

User 22 Oktyabr 2026 - 14:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.