Ukrayna Rusiya ordusunun hucumunun qarşısını alıb

Kramatorsk, Baxmut Avdeyevski istiqamətlərində Ukrayna əsgərləri tərəfindən Rusiya ordusunun qarşısı alınıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukraynanın bir çox istiqamətində yaşayış məntəqələrinin ərazilərində tanklardan, toplardan və raket artilleriyasından atışma qeydə alınıb. Rusiya ordusu hava hücumu təşkil edib.

“Düşmən Verxnekamenskoye bölgəsində hücuma keçməyə çalışdı, lakin uğur qazana bilmədi, geri çəkildi”, – Baş Qərargahdan bildiriblər.

Əvvəlki məqalə

ABŞ-da hazırlanan daşınan ev hamını təəccübləndirdi –

Sonrakı məqalə

Qəbələdə narkotacir saxlanılıb –