Ukrayna səfiri ikinci dəfə Gürcüstan XİN-ə çağrıldı- Səbəb

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, səfirlə keçirilən görüşdə Gürcüstan tərəfi sabiq prezident Mixeil Saakaşvilinin son bəyanatları ilə bağlı narazılıq ifadə edib.

Bildirilib ki, bu cür hərəkətlər Gürcüstan qanunvericiliyinin pozulması ilə yanaşı, iki ölkə arasındakı münasibətlərə də böyük zərər vurur.

İ.Dolqov Gürcüstan tərəfinin mövqeyini rəsmi Kiyevə çatdıracağını bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri M.Saakaşvili Gürcüstandakı hökumətin qeyri-legitim olduğunu deyib. O, ölkədəki vəziyyətə son qoymaq üçün mübarizədə ön xətdə olacağını qeyd edib.

Son bir ayda İ.Dolqov artıq M.Saakaşvilinin bəyanatlarına görə ikinci dəfədir Gürcüstan XİN-ə çağırılır. Ukraynalı diplomat ilə xarici siyasət idarəsində sonuncu görüş iyunun 11-də keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT İlham Əliyevin təşəbbüsü barədə qərar verdi –

Sonrakı məqalə

Elmar Məmmədyarov DTX-nın əməliyyatından danışdı: