Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində bir istiqamət üzrə irəliləyib.
Azpost.info bildirir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) açıqlamasında deyilir.
“İyunun 4-də Ukrayna qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokallaşdırılmış quru hücumları həyata keçirib və məhdud taktiki uğur əldə ediblər”-deyə ISW xəbər verir.
İyunun 4-də yayımlanan bir sıra videoların geolokasiyasından sonra analitiklər belə qənaətə gəliblər ki, Ukrayna mexanikləşdirilmiş qüvvələri Rivnopolun şimal-şərqində məhdud irəliləyiş əldə edib. ISW bu məlumatı hazırlayarkən Novodarovka (Bolşaya Novoselkadan 14 km cənub-qərb) və Neskuchnoye (Bolşaya Novoselkadan 2 km cənub-qərb) şəhərlərinin azad edilməsi barədə məlumat verən bir sıra rusiyalı “hərbi bloqçuların” hesabatlarına istinad edib.
Novodarovkanın cənub-qərbində yerləşən Levadnoedə rus qoşunlarının mövqelərini itirməsi ilə bağlı fikirlər də var.
“Bəzi rusiyalı bloqerlər iddia ediblər ki, Ukrayna qoşunları Rusiya müdafiəsinin birinci xəttini keçərək ərazidə 500 metrdən üç kilometrə qədər irəliləyiblər. Bu yazının yazıldığı vaxt bu xəbərlərin heç bir əyani sübutu yoxdur”,– ISW qeyd edir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində rus işğalçıları ukraynalı müdafiəçilərin mövqelərinə 29 dəfə hücum etməyə cəhd edib. Rusiya xüsusilə Kupyansk, Baxmut, Beloqorovka və Maryinka bölgələrində irəliləməyə çalışıb.
Azpost.info
