Ukraynada Marqarita Simonyana 4 maddə ilə ittiham irəli sürülüb

Ukrayna Təhlükəsizlik Xidməti RT kanalının baş redaktoru Marqarita Simonyana dörd maddə ilə ittiham irəli sürüb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Teleqram kanalı yazıb.

“Marqarita Simonyana “soyqırımı”, “Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd”, “müharibə təbliğatı” və “Ukraynada xüsusi əməliyyata haqq qazandıran məqalə yazmaq” maddələri üzrə ittiham irəlü sürülüb. Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Simonyanın məsuliyyətə cəlb edilməsi üçün kompleks tədbirlər görməyə davam edirlər”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

Sonrakı məqalə

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad ediləcək