“Ukrayna taxılının ixracı üzrə saziş sadəcə oyundur”- Lukaşenko

“Ukrayna taxılının ixracı üzrə saziş sadəcə bir oyundur”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Onlar özlərinin düşdüyü, bizi günahlandırdıqları bu vəziyyətdən necəsə çıxmalıdırlar. Yaxşı, İstanbulda görüşdük, razılaşdıq, taxılı gətirdik. İndi “ac Afrikani doyduracaqlar. Onların taxıl daşıdığı 20 gəmi heç Türkiyənin təminatına bəs etmir. Baxın, İran artıq yeni məhsuldan taxıl tədarükü üçün Rusiya ilə danışıqlar aparır. Yəni bunlar sadəcə oyunlardır. Media “aclıq” deyə qışqırmağa başladı. Tezliklə bu mövzu gedəcək, artıq gedir. Boş söhbətdir, başqa bir şey deyil”, – Lukaşenko bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Blinkenin köməkçisi Ceyhun Bayramov və Ararat Mirzoyana nə təklif edib?

Sonrakı məqalə

Çinin təyyarədaşıyan gəmiləri dənizə yön alıb