Çinin təyyarədaşıyan gəmiləri dənizə yön alıb - ABŞ bazaları həyəcan vəziyyətinə gətirilib

“Çinin iki operativ təyyarədaşıyan gəmisi Qingdao və Sanya limanlarından dənizə çıxıb”. 

Azpost.info xəbər verir ki, bu barədə Tayvanın “China Times” qəzeti məlumat yayıb.

Qəzet gəmilərin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mümkün səfəri ilə əlaqədar Tayvan boğazı ərazisinə yollana biləcəyini yazıb.

“Hazırda gəmilərin hara doğru getdiyi və hərbi təlimlərdə iştirak edib-etməyəcəyi dəqiq məlum deyil. Lakin Şərqi Asiyadakı ABŞ bazaları artıq həyəcan vəziyyətinə gətirilib”, – məlumatda qeyd olunur.

Çin Xalq Azadlıq Ordusu avqustun 2-6-da Cənubi Çin dənizində, 1-4 avqustda isə Bohay körfəzində təlimlər keçirəcək.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna taxılının ixracı üzrə saziş sadəcə oyundur”

Sonrakı məqalə

UEFA Çempionlar Liqası: