“Ukrayna üçün davamlı sülhü yalnız NATO və Avropa İttifaqı təmin edəcək”- POROŞENKO

“Müharibədə qalib gəl və sülhü itirmə. Ukraynanın gələcəyi üçün əsas düstur budur”.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

O hesab edir ki, demokratik inkişaf, islahatlar, sərmayələrin axını və dövlətin bərpası yalnız Ukraynanın NATO və Avropa İttifaqına daxil olmasından sonra mümkün olacaq:

“Əks halda, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi həyata keçirilə bilər. Bu variant Budapeşt Memorandumunun təkrarına çevrilə bilər. Onda Ukrayna ən yaxşı halda döyüş əməliyyatlarını davam etdirmək üçün silah alacaq və onun mövqeyi İsraillə müqayisə oluna biləcək. Amma bir məqam var ki, İsrail Qəzza zolağında fələstinli ekstremistlərlə müharibə aparırsa, Ukrayna dünyanın ikinci ən böyük nüvə dövləti ilə müharibə aparır”.

Azpost.info

Əvvəlki məqalə

AXC-nin 104 il əvvəl Şuşada keçirdiyi sülh konfransı

Sonrakı məqalə

Baş Prokurorluq Zəngilanda erməni təxribatı ilə bağlı cinayət işi açıb –