Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma yarada bilər.
Bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.
Ostinin sözlərinə görə, Ukrayna məğlub olarsa, Rusiya rəhbərliyi dayanmayacaq.
“Açığı, Ukrayna uduzsa, mən əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək”, – ABŞ müdafiə naziri deyib. (APA)