Ukrayna və Britaniya müdafiə nazirləri görüşüb

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Britaniya müdafiə naziri Ben Uolleslə görüşüb.
Bu barədə Ukrayna müdafiə naziri “Twitter“də bildirib.
Onun sözlərinə görə, görüş “Ramşteyn” hərbi hava bazasında keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində baş tutub.
“Böyük Britaniyanın hərbi yardımı Ukrayna ordusunu ciddi şəkildə gücləndirir. İnanırıq ki, həqiqət və demokratiya tiranlıq üzərində qalib gələcək. Bizim tərəfdaşlığımız güclüdür və daha da güclənir”, Reznikov vurğulayıb.

Əvvəlki məqalə

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib

Sonrakı məqalə

Estoniya Rusiya vətəndaşlarının üzünə “qapını” bağlayır