Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu

Ukrayna prezidenti Vladimir Zelenski Oleq İvaşenkonu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədri təyin edib.

Azpsot.info xəbər verir ki, Zelenski bununla bağlı sərəncam imzalayıb.

İvaşenko bundan əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəis müavini olub.

Qeyd edək ki, İvaşenko bu vəzifədə Aleksandr Litvinenkonu əvəzləyəcək. Litvinenko Zelenskinin bugünkü sərəncamı ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin edilib.

Azpsot.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.