Biləsuvarda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Biləsuvar rayon prokurorluğundan bildiriblər ki, araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Əvvəlki məqalə

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu

Sonrakı məqalə

Gədəbəydə güclü qar yollarda çətinlikər yaradıb