Ukraynada COVID-19-a yoluxanların sayı 100 mini ötüb

Ukraynada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 100 mini ötüb.

Bu barədə bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukraynada son sutka ərzində infeksiyaya 2 106 yoluxma halı qeydə alınıb və ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 100 643 nəfərə çatıb.

Xəstəliyə yoluxanlardan 51 078 nəfər sağalıb.

Son sutka ərzində COVID-19-dan 23 nəfər vəfat edib ki, bununla da infeksiyadan ölənlərin sayı 2,1 min nəfəri ötüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 28 mindən çox artıb

Sonrakı məqalə

Ermənistan Naxçıvan, Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub