Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti 90 gün uzadılıb.
Azpost.info xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.
“Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti 2023-cü il mayın 20-dən 90 gün müddətinə, yəni 2023-cü il avqustun 18-dək uzadılıb”, – deputat deyib.
Ukrayna prezidenti Vladimir Zelenski mayın 1-də ölkədə fövqəladə vəziyyətin uzadılması ilə bağlı qanun layihələrini parlamentə təqdim edib.
Azpost.info
