“Ukraynada hərbi əməliyyatlar həlledici mərhələdədir” –ABŞ müdafiə naziri

“Ukraynada hərbi əməliyyatlar həlledici mərhələyə qədəm qoyub. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyət kəsb edir və təcili olmalıdır”.

TASS xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Rəsmi Kiyevə hərbi yardımı koordinasiya edən qrupun iclasında çıxış edən L.Ostin bildirib ki, Rusiya Ukraynadan, onun müttəfiqlərindən daha çox tab gətirə biləcəyini düşünür, lakin bu, onun ən son səhvlərindədir.

O əlavə edib ki, təmas qrupu Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstək vermək üçün yeni yollar tapmağa davam edəcək.

Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qərbin onlara verdiyi HIMARS, M-270 reaktiv yaylım atəş sistemləri və 155 mm-lik haubitsalarda ustalıq nümayiş etdiriblər. O qeyd edib ki, bu vasitələr Donbasdakı döyüşlərdə həlledici əhəmiyyətə malikdir.

Əvvəlki məqalə

Jurnalistlər binasında yanğın söndürülüb –

Sonrakı məqalə

Şamaxıda 2 yeniyetmə göldə boğulub –