Jurnalistlər binasında yanğın söndürülüb –FHN /YENİLƏNİB

Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

**

Jurnalistlər binasında başlayan yanğın söndürülüb.

Yanğın binanın 13-cü mərtəbəsindəki mənzillərindən birində quraşdırılan kombidən başlayıb.

Hadisə tanınmış aparıcı Səbuhi Yusifliyə məxsus mənzildə baş verib.

**

Jurnalistlər binasında yanğın başlayıb.

Yanğın 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.

Əvvəlki məqalə

Britaniyada baş nazirlik uğrunda mubarizə bu iki nəfər arasında gedəcək

Sonrakı məqalə

“Ukraynada hərbi əməliyyatlar həlledici mərhələdədir” –