“Ukraynada həlak olan hərbçilərin ailələrinə 2 milyon veriləcək” –

kadirov

“Ukrayna millətçiləri həlak olan rus hərbçilərinin ailələrinə hər birinə 11 min rubl veriləcəyi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Əslində, onların hər biri Müdafiə Nazirliyindən bir milyon rubl, federal büdcədən isə bir milyon rubldan çox pul alacaqlar”.

Azpost.info xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov “Telegram”da açıqlama verib. Kadırovun sözlərinə görə, bəhsi keçən 11 min rubl xidmət müddətində rusiyalı çağırışçıların ailələrinə – uşağa qulluğa görə ayrılan müavinətdir.

Kadırov bütün xüsusi əməliyyatlarda qurbanların ola biləcəyini də qeyd edib. “Biz xalqın və dövlətin təhlükəsizliyi üçün mübarizə aparırıq, döyüş ruhumuz görünməmiş səviyyədədir”. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir