Müharibə başlayandan Avropa müdafiə sənayesi gücünü 50 faiz artırıb

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan Avropanın müdafiə sənayesi öz gücünü 50 faiz artırıb.

Azpsot.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

Onun sözlərinə görə, Avropa 2025-ci ilin sonuna qədər artilleriya mərmilərinin illik istehsalını iki dəfə artıraraq 2 milyon ədədə çatdıracaq.

Eyni zamanda Mişel qeyd edib ki, bütövlükdə Aİ hərbi ehtiyaclara NATO-nun bəyan etdiyi ümumi daxili məhsulun 2 faizi hədəfindən daha az vəsait xərcləyir, Rusiya isə ötən il ÜDM-in 6 faizini müdafiəyə yönəldib.

Azpsot.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.