“Ukraynada müharibə illərlə çəkə bilər” –NATO Baş katibi

NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Ukraynadakı münaqişənin həlli illər çəkə bilər.

TASS agentliyi onun “Bild am Sonntag”qəzetinə müsahibəsindən məlumat yayıb.

Nəşrin məlumatına görə, Stoltenberqə münaqişənin mümkün müddəti barədə sual verilib və o cavabında belə deyib:

“Heç kim bilmir. Biz bunun illərlə davam edə biləcəyinə hazır olmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmamalıyıq”.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson da “The Sunday Times” qəzetindəki şənbə günü məqaləsində Ukraynadakı münaqişənin illərlə uzana

biləcəyini istisna etməyib.

Lakin Britaniya hökumətinin başçısının vurğuladığı kimi, buna baxmayaraq, Qərb Kiyevə dəstəyi dayandırmamalıdır.

Əvvəlki məqalə

Kəlbəcərdəki mövqelərimiz intensiv atəşə tutulub

Sonrakı məqalə

Bayden bu dəfə velosipeddən yıxıldı