“Ukraynada müharibə tezliklə yeni mərhələyə keçəcək”-  Britaniya kəşfiyyatı

Britaniya hərbi kəşfiyyatı hesab edir ki, Ukraynada müharibə tezliklə yeni mərhələyə keçəcək.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin yaydığı hesabatda bildirilir.

“Ən ağır döyüşlər Zaporojyenin cənub-qərbindən Xersona qədər Dnepr çayına paralel uzanan təxminən 350 kilometrlik cəbhəyə keçəcək. Kəşfiyyat məlumatlarına görə, Rusiya qüvvələrinin Ukraynanın əks-hücumunu gözləməsi və ya bəlkə də öz hücumuna hazırlaşması üçün Ukraynanın cənubunda toplaşacağı ehtimal edilir. Rusiya hərbi yük maşınları, tankları və artilleriyası Donbasdan cənub-qərbə doğru irəliləməkdə davam edir”, – hesabatda qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

Ümumtəhsil müəssisəsində direktor olmaq istəyənlərin nəzərinə

Sonrakı məqalə

Smartfon telefondan istifadə edən iki hərbçi ordudan xaric edilib –