Ukrayna Nazirlər Kabineti məmurların, deputatların, hüquq-mühafizə orqanları əməkdaşlarının və digər vəzifəli şəxslərin istirahət məqsədi ilə xaricə getməsini qadağan edən qərar qəbul edib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal məlumat verib.
Baş nazir onu da qeyd edib ki, danışıqlarda iştirak, azyaşlı uşaqların müalicəsi və ya baxımı üçün xaricə getmək istisna hal hesab olunacaq.
Azpost.info
